2020-ci ilin alimləri şoka salan daha bir “sürpriz”i

2020-ci ilin alimləri şoka salan daha bir “sürpriz”i

22.12.2020 08:27

Astronomlar “Abell 2261” qalaktikasında olan kainatdakı ən böyük “qara dəliyi” nəzərdən itiriblər.

Bu barədə 360 TV xəbər yayıb.

Alimlərin obyektin varlığına dair heç bir iz tapa bilmədikləri qeyd olunur.

Hazırda kainatda aktiv super kütləli “qara dəlik” üçün xarakterik olan radiasiya əvəzinə mütəxəssislər yalnız ulduzlu səmanı görürər.

“Abell 2261” qalaktikası kiçik qalaktikalardan ibarətdir. Onun mərkəzində ən böyük qalaktik nüvəyə sahib olan ən parlaq “A2261-BCG” qalaktikası var. Böyük kütlə “qara dəliyi” saxlamağa imkan verirdi.

İndi elm adamları “qara dəliy”in “A2261-BCG”dən atıldığı fərziyyəsini yoxlayırlar.