2021-ci ildə sosialyönlü xərclərin bölgüsü haqqında məlumat verilib - FOTO

2021-ci ildə sosialyönlü xərclərin bölgüsü haqqında məlumat verilib - FOTO

21.12.2020 16:56

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinə büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərcləri daxil olacaq.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,9 faiz təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd çoxdur.

Belə ki, 2021-ci ildə sosialyönlü xərclərin 23,1 faizi və ya 6 milyard 592,3 milyon manatı əməyin ödənişi, 13,1 faizi və ya 3 milyard 752,2 milyon manatı təqaüdlər və sosial müavinətlər, 1,7 faizini və ya 477 milyon manatı ərzaq məhsullarının alınmasına, 1 faizi və ya 290,4 milyon manatı dərman, sarğı ləvazimatları və materiallarının alınmasına sərf olunacaq.

Qeyd edilib ki, son 5 ildə yəni, 2016-2021-ci illər ərzində bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,8 faiz-bənd, natural ifadədə isə 4 milyard 874,8 milyon manat və ya 78,2 faiz artıb.

Nigar Məmmədova