4:0 qalib gəldi, amma istefaya göndərildi

4:0 qalib gəldi, amma istefaya göndərildi

24.12.2020 15:20

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxeli istefaya göndərib.

Bu iddia ilə “L’Equipe” nəşri çıxış edib.

Bildirilib ki, PSJ almaniyalı mütəxəssisin mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Onun xələfinin argentinalı Maurisio Poçettino olacağı gözlənilir. 

Qeyd edək ki, Tomas Tuxel iki dəfə PSJ-ni Fransa çempionu etsə də, Çempionlar Liqası kubokunu qazana bilməyib. Cari mövsüm isə PSJ uğursuz çıxış edir və hazırda turnir cədvəlində üçüncü sıradadır. Onun komandası dünən çempionatda “Strasbur”u 4:0 hesabı ilə darmadağın edib.