Abşeronda karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb - VİDEO

Abşeronda karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb - VİDEO

23.12.2020 14:10

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub. Ora baxış zamanı kafedə olan yeddi müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib və cərimələniblər.