Acun İlıcalının yeni platformasında əfsanəvi futbolçular mübarizə aparacaq - FOTO

Acun İlıcalının yeni platformasında əfsanəvi futbolçular mübarizə aparacaq - FOTO

24.12.2020 15:50

Türkiyəli məşhur iş adamı, “TV8” telekanalının sahibi, məşhur prodüser, aparıcı Acun Ilıcalıya məxsus EXXEN platformasında yayımlanacaq ayaq tennisi proqramının tanıtımı keçirilib.

Sondakika.com xəbər verir ki, yeni proqramda Türkiyənin dörd böyük komandasını təmsil edən əfsanəvi adlar iştirak edəcək.

Proqram 2021-ci ilin yanvar ayından etibarən yayımlanmağa başlayacaq.

Proqramda Semih Şentürk, Tuncay Şanlı, Ayhan Akman, Paskal Nouma, Ahmet Dursun, Yattara və Hami Mandıralı da yer alacaq.