Ağdaşda mağazada yanğın olub

Ağdaşda mağazada yanğın olub

22.12.2020 09:05

Ağdaş rayonunda ümumi sahəsi 204 kvadrat metr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 24 kvadrat metr olan mağazanın lambirindən ibarət tavanı və içərisində bir ədəd kondisioner yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.