Alman general Rusiyanı NATO üçün ən böyük təhdid adlandırıb

Alman general Rusiyanı NATO üçün ən böyük təhdid adlandırıb

23.12.2020 22:10

Almaniya ordusunun generalı, Visbadendəki ABŞ ordusu qərargahının rəhbəri Cared Zembritski Rusiyanı NATO üçün ən böyük təhdid adlandırıb.

Bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.

“Rusiya təhlükəsi realdır. Rusiya silahlanmanı artırır, ordusunu yaxşılaşdırır”, - deyə general bildirib.

C.Zembritski qeyd edib ki, hərbçilər terrora qarşı dura bilər. Çin isə o qədər də təhlükəli deyil, çünki Qərb ölkələrindən uzaqda yerləşir.