Amnistiya Aktının icrası prosesindən FOTOREPORTAJ

Amnistiya Aktının icrası prosesindən FOTOREPORTAJ

03.12.2021 19:47

Zəfər Gününün birinci ildönümü ərəfəsində “8 Noyabr - Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın icrası davam etdirilir. 

Amnistiya Aktının icrası çərçivəsində bu gün media nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən beş cəzaçəkmə müəssisəsində məhkumların azadlığa buraxılması prosesində iştirak ediblər. 

Müvafiq maddələr üzrə Amnistiya tətbiq edilən məhkumların bir qisminə cəzaçəkmə müəssisələrində buraxılış kağızları təqdim edilib və onlar azadlığa buraxılıb. Üç il cəza alan bəzi məhkumların isə cəzaları 6 ay azaldılıb. 

Oxu.Az-ın fotoqrafı cəzaçəkmə müəssisələrində Amnistiya Aktının icrası prosesindən hazırladığı fotoreportajı təqdim edir:

FOTO: Firudin Səlimov