Argentinada COVID-19-a qarşı at anticisimi istifadə edəcəklər

Argentinada COVID-19-a qarşı at anticisimi istifadə edəcəklər

24.12.2020 07:59

Argentinada atların istehsal etdiyi anticisimlərə əsaslanan və koronavirusun müalicəsində təsirli olan “hiperimmun at serumu”nun COVID-19-u ağır və orta dərəcədə keçirən xəstələrdə istifadəsi təsdiqlənib.

Ölkənin biotexnologiya şirkəti “Inmunova Biotech”in rəhbərliyi ilə inkişaf etdirilən dərman 2 və 3-cü mərhələ təcrübələrində müsbət nəticələr verib və ağır COVID-19 xəstələrində ölüm nisbətini 45 faiz azaldıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Qida və Sağlamlıq Texnologiyaları İdarəsi (ANMAT) yazılı açıqlama yayıb.

Bundan əlavə, müalicə alan xəstələrdə reanimasiyaya yerləşdirmə nisbətinin 24 faiz, tənəffüs aparatına ehtiyacın 36 faiz azaldığı aşkar edilib.

Ölkədəki 19 xəstəxana və klinikada aparılan təcrübələrə 18-79 yaş arası 242 orta və ağır koronavirus xəstəsi qatılıb.

Tam adı hiperinmune anti-SARS-CoV-2 (INM005) olan dərman COVID-19-un səthindəki zülalın zərər verməyəcəyi qədər atlara iniyeksiya edilib, virusa qarşı atların hazırladığı anticisimlərin işlənməsi ilə əldə edilir.