“Arsenal” axtardığı oyunçunu “İnter”də tapdı

“Arsenal” axtardığı oyunçunu “İnter”də tapdı

24.12.2020 13:18

İtaliyanın “İnter” klubunun futbolçusu Kristian Eriksen yanvarda komandadan ayrılacaq.

Bu barədə Milan klubunun baş icraçı direktoru Cuzeppe Marotta bildirib.

O, “Sky Sport”a açıqlamasında danimarkalı yarımmüdafiəçinin yanvarda transfer siyahısında olacağını açıqlayıb.

“Totenhem”in sabiq futbolçusu Erikseni istəyənlər arasında isə İngiltərə “Arsenal”ı da var. London klubunda komandanın Premyer Liqada qol vurmamaq problemi oyun qurucusunun – mərkəz yarımmüdafiəçisinin olmaması ilə əlaqələndirilir.

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada 14 xalla XV sırada qərarlaşıb. Son səkkiz çempionat matçında qələbə üzünə həsrət qalan Mikel Artetanın yetirmələri sonuncu dəfə üç xalı təxminən iki ay əvvəl qazanıb. Belə ki, noyabrın 1-də “Old Traford”da “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlmiş “Arsenal” o vaxtdan bəri qələbə qazana bilməyib və hazırda komandanı düşmə zonasından dörd xal ayırır.

Səbuhi Musayev