“Arsenal”ın transfer hədəfində olan pleymeykerlər - ADLAR

“Arsenal”ın transfer hədəfində olan pleymeykerlər - ADLAR

25.12.2020 11:56

İngiltərə Premyer Liqasında iki aya yaxındır ki, qələbə qazana bilməyən “Arsenal”ın əsas problemi kimi oyun qurucusunun olmaması göstərilir.

Bu səbəbdən “Arsenal”ın transfer hədəfində olan futbolçular mətbuatda yer alıb.

Bu oyunçular “Lion”un Əlcəzair əsilli fransalı futbolçusu Ussem Auar, “Barselona”nın braziliyalı futbolçusu Fillippe Koutinyo və “Norviç”in argentinalı futbolçusu Emilyano Buendiadır.

Qeyd edək ki, “İnter”in yanvarda transferə çıxaracağı danimarkalı Kristian Eriksenin də “Arsenal”a keçmə ehtimalı var.

Səbuhi Musayev