“Azerbaijan Fish Farm”: Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi - FOTO

“Azerbaijan Fish Farm”: Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi - FOTO

24.12.2020 10:00

“Azerbaijan Fish Farm” Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisidir və onun layihələri yeni balıqçılıq təsərrüfatlarının yaradılması və ölkənin elmi irsinin dirçəldilməsinə yönəldilib.

Balıq, qara kürü və dəniz məhsullarının insan qidalanmasında aşkar və şübhəsiz faydaları alimlər tərəfindən çoxdan sübut edilib - bu dəniz məhsulları təbii vitamin, həmçinin, mikroelement mənbəyidir.

Bu məhsulların yeməkdə müntəzəm istifadəsi, orqanizmin ümumi sağlamlığına və immunitetin qorunmasına kömək edir, forma almağa və onu qorumağa imkan verir. Balıq və dəniz məhsulları orqanizmi yaxşı və sağlam doydurmaqla yanaşı, bayram süfrəsi ərəfəsində, xüsusən də Yeni il gecəsi və gündəlik pəhriz üçün idealdır.

- “Azerbaijan Fish Farm” Azərbaycan ərazisində nərə balığının növlərinin, forelin yetişdirilməsi, eləcə də, nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalarda bir yenilikçidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün məhsullar ətraf mühit də daxil olmaqla beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal olunur.

Bu, Xəzər dənizinin təbiətini qorumağa və biomüxtəlifliyin qorunmasına kömək edir. Şirkət ayrıca Stirling Universiteti (Şotlandiya) kimi xarici elmi mərkəzlərlə işləyərək, elmi araşdırmalara investisiya yatırır, həmçinin, “Blue Marine Foundation” kimi aparıcı ətraf mühiti qoruyan təşkilatlarla sıx əlaqələr saxlayır.  

“Azerbaijan Fish Farm” aşağıdakı dörd genişmiqyaslı istehsal layihəsini əhatə edir:

- Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş birbaşa axın təsərrüfatı. Xatırladaq ki, məhz burada - Bankə qəsəbəsində 1954-cü ildə Azərbaycanda ilk təcrübəli nərə balığı yetişdirmə zavodu tikilib, “Azerbaijan Fish Farm” ən son müasir texnologiyadan istifadə edilərək, təkmilləşdirilib və modernləşdirilib.

- Zaqatala, Qəbələ və Mingəçevir rayonlarında forel və Xəzər qızılbalığı yetişdirilməsi üçün su məhsulları yetişdirmə təsərrüfatları. 

- Azərbaycana beynəlxalq aləmdə qara kürünün əvvəlki şöhrətinə qaytarmış nərə balığı, sevruga və ağ balıq kimi balıq növlərindən “Baku Caviar” brendi adı altında qara kürü istehsalı və satışı.

Qız qalasının yaxınlığında ölkədə ilk kürü butiki yerləşir - “Baku Caviar Boutique” - burada ən yaxşı kürü və balıq delikateslərini əldə edə, təbii Azərbaycan qara kürüsü ilə yeməklər dada, bir kürü mütəxəssisi ilə söhbətdə çox maraqlı məlumatlar əldə edə, bu məhsulların bir çox sirlərini kəşf edə bilərsiniz.