Azərbaycanda bütün məhkumlar peyvənd olunub

Azərbaycanda bütün məhkumlar peyvənd olunub

15.01.2022 16:10

Azərbaycanda bütün məhkumlar peyvənd olunub.

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib: 

“Buster dozanın vurulması isə başa çatmaq üzrədir”.

A.Sabitova qeyd edib ki, bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur:

“Bildirməliyəm ki, məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir. Həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti vardır”.