Azərbaycanda daha 46 nəfər koronavirusdan öldü: 2334 yeni yoluxma - FOTO

Azərbaycanda daha 46 nəfər koronavirusdan öldü: 2334 yeni yoluxma - FOTO

23.12.2020 17:12

Azərbaycanda koronavirusa (COVID-19) 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 46 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 54211 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 14599, hazırkı dövrədək isə 2102957 test aparılıb.

Ümumi ölənlərin sayı 2340 nəfərdir.

Ümumi yoluxanların sayı 208211 nəfər, ümumi sağalanların sayı 151660 nəfərdir.