Azərbaycanda ilk transferi autsayder etdi - RƏSMİ

Azərbaycanda ilk transferi autsayder etdi - RƏSMİ

24.12.2020 13:48

Azərbaycan Premyer Liqasında turnir cədvəlinin sonuncusu – autsayderi olan “Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib.

Klubun rəsmi xəbərinə görə, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar Həsənalızadə yeni komandasında 34 nömrəli formada çıxış edəcək.