Azərbaycanda şöbə müdiri öldü

Azərbaycanda şöbə müdiri öldü

15.01.2022 12:51

Azərbaycan elminə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub.

O, fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşıb, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub.

Milli ideya və milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Politologiya şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələrin müəllifi olub.