Azərbaycanın məğlubedilməz boksçusu Sankt-Peterburqda rinqə çıxır - FOTO/VİDEO

Azərbaycanın məğlubedilməz boksçusu Sankt-Peterburqda rinqə çıxır - FOTO/VİDEO

21.12.2020 17:36

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks üzrə “Nokautlar Kralı-6” turniri keçiriləcək.

Bu yarışda orta çəkidə Azərbaycandan İsmət Quliyev də çıxış edəcək. Onun rəqibi Rusiyanı təmsil edən özbək əsilli Əlişir Aşurov olacaq.

Qeyd edək ki, İsmət Quliyev hələ ki peşəkar boksda məğlubedilməzdir. O, keçirdiyi altı görüşdə qalib gəlib.

Həmçinin bu yarışın ağır çəkisində Rusiyanın Kursk şəhərində yaşayan azərbaycanlı Orxan Hacıyev Mixail Kozletinovla qarşılaşacaq. Döyüş gecəsi "AZIMUT" hotelində keçiriləcək.

Səbuhi Musayev