Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanlı alim vəfat etdi - FOTO

03.05.2020 23:30

Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu Moskvada vəfat edib.

Bu barədə professor Vaqif Sultanlı məlumat yayıb:

“Geniş dünyagörüşlü, dərin mütaliəli fikir sahibi olmaqla yanaşı, gözəl, mənəviyyatca saf insan idi. Bir çoxları kimi mənim də müəllimim olmuşdu. Sonra uzun müddət bir kafedrada çalışmışdıq. Yalnız tələbəlikdə deyil, sonrakı illərdə də onu özümə müəllim bilmişəm”.