Azərbaycanlı hakim Moskvadakı turnirə rəhbər təyin olunub - FOTO

Azərbaycanlı hakim Moskvadakı turnirə rəhbər təyin olunub - FOTO

25.12.2020 11:02

Azərbaycanlı hakim Asif Şirəliyev Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq turnirə Ümumdünya Güləş Birliyinin nümayəndəsi təyin olunub.

Bu barədə Oxu.Az-a Şirəliyevin özü məlumat verib:

“Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda Azərbaycandan yeganə hakim qismində mən çıxış etmişdim. Bundan sonra 24-27 dekabr tarixlərində Moskvada keçirilən yeniyetmə güləşçilərin turnirinə deleqat kimi gəlmişəm. Yarışın Ümumdünya Güləş Birliyi tərəfindən təyin olunmuş rəhbəri sayılıram, hakimlərin işinə nəzarət edəcəyəm”.

Qeyd edək ki, “Kristmas” güləş yarışında pandemiya ilə əlaqədar olaraq cəmi beş ölkənin güləşçiləri iştirak edir. Bunlar  Azərbaycan, Belarus, Rusiya, Ermənistan və Yunanıstandır.

Səbuhi Musayev