Azərbaycanlı şagird ABŞ-da tam təqaüdlə təhsil hüququ qazandı - FOTO

Azərbaycanlı şagird ABŞ-da tam təqaüdlə təhsil hüququ qazandı - FOTO

22.12.2020 16:42

Azərbaycanlı şagird Züleyxa Kişiyeva dünyaca məşhur ABŞ-ın University of Pennsylvania Wharton School of Business Universitetində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır.

O, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 2019/2020-ci il buraxılışının məzunudur. Məktəbi qızıl medalla bitirən yeganə məzundur.