“Azəriqaz”dan bəzi ərazilərdə qazın təzyiqinin aşağı olması ilə bağlı AÇIQLAMA

“Azəriqaz”dan bəzi ərazilərdə qazın təzyiqinin aşağı olması ilə bağlı AÇIQLAMA

29.10.2021 16:44

“Havalar soyuduqda təbii ki, qaza tələbat artır və bu da təzyiqin aşağı düşməsinə səbəb olur”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib. 

Havaların soyuması ilə əlaqədar ölkənin müxtəlif ərazilərində yaşayan abonentlərin qazın təzyiqi ilə bağlı şikayətləri artıb. Xüsusilə, Binəqədi rayonunun Sulutəpə qəsəbsindən redaksiyamıza bu barədə çoxsaylı müraciətlər daxil olub. Həmçinin, eyni problem Sumqayıt şəhər sakinləri üçün də aktualdır.  

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, bu tip hallar adətən hər il havalar soyumağa başlayanda yaranır:

“Əməkdaşlar problem yaranan ərazilərdə təzyiqi hissə-hissə artırırlar ki, yüksək təzyiq hansısa problemə səbəb olmasın. Sulutəpədə də bu problem yaxın günlərdə bitəcək”.

Qeyd edək ki, ötən günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev canlı yayım vasitəsilə qazın təzyiqinin aşağı olması ilə bağlı çoxsaylı sualları cavablandırıb və bildirib ki, təzyiq 16 millibardan aşağı olmamalıdır.