Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ

Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ

22.12.2020 11:15

Bakı şəhərində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqları açıqlanıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı illik hesabatda qeyd edilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir.