Bakıda 41 yaşlı qadını avtomobil vurdu

Bakıda 41 yaşlı qadını avtomobil vurdu

24.12.2020 09:42

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 1979-cu il təvəllüdlü Rəhmanova Xanım Türbət qızını avtomobil vurub. Nəticədə 41 yaşlı qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.