Bakıda itkin düşən 21 yaşlı qız axtarılır  - FOTO

Bakıda itkin düşən 21 yaşlı qız axtarılır - FOTO

15.01.2022 15:25

Bakı şəhərində 21 yaşlı qız itkin düşüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. 

Onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.