Bakıda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Xəsarət alanlar var

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Xəsarət alanlar var

25.12.2020 09:20

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda “Ravon” markalı minik avtomobili yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.