Bakıda sirkə turşusundan zəhərlənən qadın öldü

Bakıda sirkə turşusundan zəhərlənən qadın öldü

23.12.2020 11:30

Dekabrın ilk 20 günündə dəm qazından 14 nəfər zəhərlənib.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində şöbəyə müraciət edənlər arasında bir nəfər qadın sirkə turşusundan ölüb:

“Dekabr ayı üzrə xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusundan zəhərlənən üç nəfər qəbul olunub. Təəssüf ki, onlardan biri vəfat edib.

Dərman zəhərlənməsi ilə 14 nəfər müraciət edib, onlardan aralarında bir azyaşlı olmaqla 10 nəfər şöbəyə qəbul olunub. Daha sonra dərman mənşəli allergik reaksiya ilə 11 nəfər qəbul edilib. Onlar arasında iki nəfər azyaşlı olub. 

17 nəfər dərman zəhərlənməsi ilə müraciət edib, onlardan 13-ü qəbul edilib. Onların müalicəsi stasionar şəraitdə davam edir. Spirtli içkidən zəhərlənmə ilə müraciət daxil olmayıb”.

Könül Cəfərli