Bakıda tanışını bıçaqlayan şəxs saxlanıldı

Bakıda tanışını bıçaqlayan şəxs saxlanıldı

21.12.2020 16:22

Suraxanı Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.

Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, cari il aprelin 25-də Suraxanı rayonu ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.

Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Faris Babaşov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilib və barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.