Bakının mərkəzində hərbi şəhərcik, silah və texnikalar - FOTOREPORTAJ

Bakının mərkəzində hərbi şəhərcik, silah və texnikalar - FOTOREPORTAJ

29.10.2021 16:52

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkasına start verilib.

29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək yarmarka Bulvar ərazisində yerləşən Kukla teatrının arxasında fəaliyyət göstərəcək.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib ki, “Zəfər” Yarmarkasından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.

Yarmarka ərazisində Müdafiə Nazirliyi tərəfindən hərbi şəhərcik yaradılıb. Burada olan silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır.

“Zəfər” Yarmarkasından Oxu.Az-ın fotoreportajını təqdim edirik:

FOTO: Tapdıq Abdullayev