“Bayer”in Bender qardaşları karyerasını bitirdiklərini açıqladılar

“Bayer”in Bender qardaşları karyerasını bitirdiklərini açıqladılar

22.12.2020 00:20

“Bayer” forması geyinən Bender qardaşları mövsümün sonunda futbol karyeralarını bitirdiklərini açıqlayıblar.

Bu barədə “Haber Global” məlumat yayıb.

Lars və Sven Bender birgə açıqlama yayaraq hər ötən gün var gücləri ilə oynamağın çətinləşdiyini və bəzi fiziki problemlərə görə karyeralarını başa vurmağı qərara aldıqlarını qeyd ediblər.