Bazarın liderlərindən olan “ParaBokt” Bakı və bölgə filialları üzrə təcrübə proqramı elan edir

Bazarın liderlərindən olan “ParaBokt” Bakı və bölgə filialları üzrə təcrübə proqramı elan edir

07.12.2021 12:30

“ParaBokt” “Kredit mütəxəssisi” vəzifəsinə işçi qəbulu elan edir.

Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları şəhərləri üzrə təcrübə proqramı elan edir.

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandaya qoşulmağa dəvət edirik:

Öhdəliklər:

Təlimlərdə aktiv iştirak etmək;
Təlimlərdə keçirilənləri mənimsəmək və tətbiq etmək;
Təlimçi və mentorla interaktiv işləmək;
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək;
Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək;

Tələblər:

Karyerasını satış işində görmək;
Öyrənməyə açıq olmaq;
Hədəflərlə işləməyi bacarmaq;
Pozitiv ünsiyyət bacarığı;
Komandada işləməyə meyilli olmaq.

Maraqlanan şəxslərin +994 51 230 34 00 “WhatsApp” nömrəsinə və ya [email protected] ünvanına “təcrübə proqramı, ad və soyad” yazaraq müraciət edə bilərlər.

*QEYD: Təcrübə proqramını uğurla bitirən gənclər sertfikatla təltif ediləcəklər.

Təlim modulu və praktiki nəticələrin qiymətləndirilməsinə əsasən təcrübəçilər işlə təmin olunacaqlar.

Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək şansı verilir.