Beş yaşından 23 yaşlı qonşusu tərəfindən cinsi istismara məruz qalan şəxs danışdı - VİDEO

Beş yaşından 23 yaşlı qonşusu tərəfindən cinsi istismara məruz qalan şəxs danışdı - VİDEO

22.12.2020 11:48

“YouTube”da yayımlanan “Dalan 18+” verilişinin növbəti buraxılışı cəmiyyəti narahat edən bir mövzuya həsr olunub. Bu bölümdə cinsi istismarın qurbanı olan Kamil Əliyevin həyat hekayəsi təqdim edilib. 

K.Əliyevin iddialarına görə o, beş yaşından 11 yaşına qədər 23 yaşlı qonşusu olan oğlan tərəfindən mütəmadi seksual xarakterli hərəkətlərə məruz qalıb və bu, təcavüzə qədər irəliləyib. 

Onun dediklərinə görə, qonşu oğlan onu başqa dostları ilə də cinsi əlaqəyə girməyə məcbur edib. 

K.Əliyev məktəb illərində də mütəmadi istismara məruz qalıb. Lakin onun iddiaları bununla da bitmir. 

K.Əliyevin həyat hekayəsi və qarşılaşdığı təcavüz hadisələri barədə daha geniş məlumatı “Dalan 18+” verilişində izləyə bilərsiniz.