“BIO-SCAN 3D” cihazı: Koronavirusu necə tez öldürmək olar? - VİDEO

“BIO-SCAN 3D” cihazı: Koronavirusu necə tez öldürmək olar? - VİDEO

23.12.2020 14:22

Dünyanın COVID-19-la mübarizəni davam etdirdiyi bir vaxtda “UV-C” əsaslı avadanlıqların istehsalında planetimizdə ən böyük şirkət olan Fransanın “BIO-UV” şirkəti artıq Azərbaycan bazarında olan növbəti məhsulunu təqdim edib.

Söhbət “BIO-SCAN 3D” cihazından - otaqların və səthlərin sürətli və təhlükəsiz dezinfeksiya edilməsi üçün ideal həldən gedir.

“BIO-SCAN 3D” ilə 36 kvadratmetrlik bir otaq beş dəqiqədə, 100 kvadratmetrlik otaq 15 dəqiqədə, 200 kvadratmetrlik otaq yarım saat ərzində dezinfeksiya edilə bilər.

“BIO-SCAN 3D” sistemində 360 dərəcə radiasiya üçün hər biri 170 W olan səkkiz lampa var. Cihaz çox yüngüldür və asanlıqla aparıla bilir.

Cihazın uzaqdan idarə olunması mümkündür və sağlamlıq və ətraf mühit üçün yüz faiz təhlükəsizdir.

“BIO-SCAN 3D” SARS-COV-2 və koronavirus daxil olmaqla, mikroorqanizmlərin, bakteriyaların və virusların 99,9 faizini məhv edir.

“BIO-SCAN 3D” bütün standartlara cavab verir. ISO və EN standartlarını özündə birləşdirən AFNOR (Fransız Standartlaşdırma Assosiasiyası) tərəfindən sınaqdan keçirilib və təsdiqlənib.

“BIO-SCAN”ın Azərbaycandakı rəsmi distribüteri “UV RAYS”-dir.

“UV RAYS”-la əlaqə: +994 12 449 94 99, +994 70 250 94 99,  [email protected] ,  www.uvrays.az

Haqqın.az