Briliant Dadaşova şəkilləri haqqında: “Gözün altında cizgi sadəcə robotlarda olmur” - FOTO

Briliant Dadaşova şəkilləri haqqında: “Gözün altında cizgi sadəcə robotlarda olmur” - FOTO

03.12.2021 19:16

Xalq artisti Briliant Dadaşova fotoşopsuz şəkillərini yayımlayıb.

“Instagram” hesabında yeni fotolarını paylaşan B.Dadaşova fotoşopdan istifadə etmədiyini bildirib.

Xalq artisti bu fotoları ilə fotoqraflara ismarış da göndərib: 

“Əziz fotoqraflar, bundan sonra gözün altını fotoşopla “Botoks” etməyin. Lazım olsa həkimlər özləri edərlər! Gözün altında cizgilər sadəcə robotlarda olmur”.

Dadaşovanın sosial şəbəkədə yayımladığı yeni şəkilləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.