Britaniya ilə əlaqəni bərpa etmək üçün Avropa Sanitariya Protokolu tətbiq ediləcək

Britaniya ilə əlaqəni bərpa etmək üçün Avropa Sanitariya Protokolu tətbiq ediləcək

22.12.2020 05:57

Avropa ölkələri Böyük Britaniyadan sərnişin axınını bərpa etmək üçün yaxın saatlarda sanitariya protokolunu müzakirə edəcəklər.

TASS-ın məlumatına görə, bu barədə Fransa Nəqliyyat Naziri Jan Batist Cabbari bəyan edib.

Onun sözlərinə görə, vətəndaşların sağlamlığı prioritet olaraq qalır.

Öz növbəsində Fransa Milli Avtomobil Nəqliyyatı Federasiyası bir sıra Avropa ölkələrinin krallıqla nəqliyyat əlaqələrini məhdudlaşdırmaq qərarı səbəbindən Böyük Britaniyanı tərk edə bilməyən yük maşını sürücüləri ilə bağlı vəziyyəti fəlakətli adlandırıb.