Britaniyada COVID-19-dan sağalanlar üçün “azadlıq pasportları” hazırlamağa başlayırlar

Britaniyada COVID-19-dan sağalanlar üçün “azadlıq pasportları” hazırlamağa başlayırlar

22.12.2020 14:18

Böyük Britaniyada koronavirusdən sağalan vətəndaşlar üçün “azadlıq pasportları” hazırlayırlar.

Bu cür sənədlər ölkədə kafe-barlara, işə və məktəbə getməyə imkan verəcək.

“Daily Mail” xəbər verir ki, iki şirkət insanların COVID-19 olmadığını sübut edə biləcəkləri bir tətbiq üzərində araşdırma işi üçün rəsmi icazə alıblar.

Sistem insanların smartfonlarına şəxsi məlumatlarını özündə əks etdirən QR kodu göndərəcək.

O, koronavirus test nəticələrini aldıqdan sonra test mərkəzində qeyd olunacaq. İnsanlar hər hansı bir tədbirə qatılmaq istədikdə QR kodlarını sağlam olduqlarına dair sübut kimi təqdim edə bilərlər.

Ölkənin Səhiyyə Nazirliyi belə bir pasportun tətbiqi ilə bağlı hələ bir qərar verilmədiyini deyib.

Britaniyada belə bir təşəbbüs geniş dəstək qazanmayıb. Smartfonu olmayanların sağlam olduqlarını necə sübut edə biləcəyi də aydın deyil.