Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu - FOTO

Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu - FOTO

25.12.2020 04:30

Böyük Britaniyada 56 yaşlı türk əsilli koronavirus xəstəsi Əli Sakallıoğlu 222 gündən sonra xəstəxanadan evə buraxılıb.

“Milliyet” xəbər verir ki, Britaniyada taksi sürücüsü işləyən və mart ayında koronavirusu yoluxan Sakallıoğlu 222 gün xəstəxanada yatıb və ölkənin ən uzun müddət xəstəxanada olan koronaviruslu xəstəsi olub.

Diabet xəstəsi olan Sakallıoğlu üç ay komada qalıb, iflic olub, ağciyərləri fəaliyyətini dayandırıb, orqan çatışmazlığı yaşayıb, amma təslim olmayıb. Onun 7 aylıq müalicə müddətində həkimlər ailəsinə üç dəfə öləcəyini deyiblər.

O, ölkədə ən uzun müddət koronavirusa müqavimət göstərən xəstə olaraq “qəhrəman” elan edilib.