Bu il Bahar yarmarkasının qapıları açılacaqmı? - VİDEO

Bu il Bahar yarmarkasının qapıları açılacaqmı? - VİDEO

23.02.2021 17:18

Hər il Novruz bayramı ərəfəsində Bahar yarmarkası təşkil olunur. Lakin ötən il pandemiya səbəbindən bu yarmarkalar fəaliyyət göstərmədi.

Baku TV xəbər verir ki, keçən il yarmarkada yarımçıq qalan işlər bu il tamamlanıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətindən Baku TV-yə bildirilib ki, Bahar yarmarkalarının açılması ilə bağlı qərarı yalnız Nazirlər Kabineti yanında operativ qərargah verə bilər.