Bu il götürülmüş testlərin sayı açıqlandı - HESABAT

Bu il götürülmüş testlərin sayı açıqlandı - HESABAT

22.12.2020 16:24

2020-ci il ərzində idmançılardan ümumilikdə 1087 dopinq test nümunəsi götürülüb. Bunlardan 1012-i milli test proqramı çərçivəsində, 75- i isə AMADA-ya (Azərbaycan Milli Anti-Dopinq Agentliyi) beynəlxalq sifariş əsasında olub.

Bunlar AMADA-nın builki hesabatında əks olunub. Həmçinin o da bildirilib ki, pandemiya ilə əlaqədar test nümunələrinin götürülməsi karantin qaydalarnın tələblərinə tam riayət edilməklə həyata keçirilib. Dopinq nəzarəti inspektorları mütəmadi olaraq COVID-19 testlərinə cəlb edilib.

2020-ci il ərzində ümumilikdə 24 antidopinq qayda pozuntusu işi üzrə araşdırma aparılıb. Həmin işlərin 11-i ilə bağlı artıq qərar qüvvəyə minib. 13 iş isə icraatdadır.

Səbuhi Musayev