Can Dündarın cəzası bəlli oldu

Can Dündarın cəzası bəlli oldu

23.12.2020 13:28

Türkiyəli tətqiqatçı, jurnalist Can Dündar “casusluq” və “silahlı terror təşkilatına kömək” ittihamı ilə 27 il 6 ay həbs cəzasına məhkum edilib.

Bu barədə “Haber Global” məlumat yayır.

Qeyd edilir ki, o, “Cumhuriyet” qəzetinin baş redaktoru olduğu müddətdə MİT (Milli Kəşfiyyat Təşkilatı) TIR-larının dayandırılması ilə bağlı məxfi saxlanılması lazım olan məlumatları və fotoları yayımlayıb.

Dündar və vəkilləri məhkəməyə gəlməyiblər.

Uzun müddət fərari olaraq axtarışa verilən Dündarın dərhal həbs edilməsinə qərar verilib.