Çex hökuməti ən yüksək epidemioloji təhlükə səviyyəsi elan etdi

Çex hökuməti ən yüksək epidemioloji təhlükə səviyyəsi elan etdi

23.12.2020 15:40

Koronavirusa yoluxma hallarının sayında kəskin artımla əlaqədar Çex hökuməti beşinci - ən yüksək epidemioloji təhlükə səviyyəsini elan edib.

Bu barədə “RİA Novvosti” xəbər yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq yeni məhdudiyyətlər tətbiq edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Çex Respublikasında 27 dekabrdan etibarən ərzaq, məişət mağazaları və apteklərdən başqa bütün satış müəssisələri bağlanacaq.

Vətəndaşların hərəkəti maksimum məhdudlaşdırılacaq.

Vətəndaşlar iki nəfərdən çox olmayan qruplara toplaşa bilərlər (bir ailənin üzvləri istisna olmaqla).

Çex Respublikasında həmçinin saat 21.00-05.00-dək komendant saatı tətbiq olunub.