Çilavert Paraqvayda keçiriləcək prezident seçkilərində iştirak edəcək - FOTO

Çilavert Paraqvayda keçiriləcək prezident seçkilərində iştirak edəcək - FOTO

24.12.2020 22:20

Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert 2023-cü ildə ölkəsində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Tanınmış qapıçı bu barədə öz “Twitter” hesabında məlumat yayıb.

X.L. Çilavert seçki kampaniyasında “Chila 2023”, “Paraqvaylı olduğuma görə qürur duyuram” şüarından istifadə edəcəyini qeyd edib.

2003-cü ildə təqaüdə çıxan keçmiş futbolçu fotoya “Cəzasızlığa, korrupsiyaya və talana son” şərhini də əlavə edib.