Çin Britaniya ilə hava əlaqələrini bağladı

Çin Britaniya ilə hava əlaqələrini bağladı

24.12.2020 14:10

Böyük Britaniyada koronavirusun yeni ştammının ortaya çıxması fonunda ölkələr bir-birinin ardınca potensial təhlükədən təcrid olunmağa çalışırlar və COVID-19-un “vətəni” hesab olunan Çin də istisna deyil.

Rosbalt.ru xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin "Dumanlı Albion"a uçuşların dayandırıldığını açıqlayıb.

“Virusun mutasiyasını, Çinə mümkün təsirini, digər ölkələrin də tədbirlərini nəzərə alaraq, Çin və Britaniya arasında uçuşlar dayandırılır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yaxın gələcəkdə Çin Britaniyadan bütün sanitariya tələblərinə ciddi nəzarətlə yalnız öz vətəndaşlarını qəbul edəcək.

Xatırladaq ki, koronavirusun yeni ştammının yayıldığı Britaniya ilə Yaponiya, Cənubi Koreya, Filippin və Avropa ölkələri də hava nəqliyyatını dayandırıb.