“Cin qovmaq” adı ilə uşağın başına oyun açdılar - VİDEO

“Cin qovmaq” adı ilə uşağın başına oyun açdılar - VİDEO

22.12.2020 17:36

Sosial şəbəkələrdə rusiyalı məşhur ekstrasensin uşaqdan “cin çıxarması” barədə kadrlar yayılıb.

Görüntüləri “Mash” “Telegram” kanalı paylaşb.

Kadrlarda Rusiyada məşhur “Bitva Ekstrasensov” (“Ekstrasenslərin Döyüşü”) verilişinin finalisti İrina İqnatenkonun azyaşlı uşaqdan “cinqovma proseduru” əks olunub. Videodan görünür ki, balacanın qışqırıb ağlamasına baxmayaraq, ekstrasens bir əli ilə onun ağzını tutur, o biri əli “cinləri qovur”.

Kadrlar artıq Rusiyada uşaq ombudsmanlarının diqqətini çəkib. RF Müdafiə Nazirliyində uşaq hüquqları üzrə müvəkkil Kseniya Mişonova vəziyyətdən xəbərdar olduqlarını, videonun artıq səlahiyyətlilərə göndərildiyini bildirib.