“CinemaPlus”da Vətən müharibəsi haqqında “Fulya” filminin nümayişi başladı - VİDEO

“CinemaPlus”da Vətən müharibəsi haqqında “Fulya” filminin nümayişi başladı - VİDEO

29.10.2021 15:44

Bakıda bugündən “CinemaPlus” kinoteatrlar şəbəkəsində 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edən “Fulya” sənədli filminin nümayişi başlayıb.

Oxu.Az xəbər verir ki, çəkilişlər bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib:

“Bu sənədli filmdə ən mühüm səhnə mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Qeyd edək ki, sənədli filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviçdir. Baş rollara isə Fulya Öztürk və Halil Kahraman çəkilib. Filmin müddəti 80 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. 

Azərbaycanın haqq səsini dünyaya çatdıran filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində izləyin: