Dağıstanda 50 minə yaxın insan işıqsız qalıb

Dağıstanda 50 minə yaxın insan işıqsız qalıb

24.12.2020 13:30

Qarın şiddətli yağması səbəbindən Dağıstanın Xumtorqala, Qarabudaqkənd, Məhərrəmkənd, Tabasaran, Dərbənd və Xasavyurd rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, hava şəraitinin pisləşməsi və qarın naqillərə yapışması nəticəsində 6-120 kV-lik elektrik şəbəkəsi obyektlərində fasilələr yaranır.

“Təcili bərpa işlərinə 22 mühəndis briqadası (83 nəfər, 26 texnika) cəlb olunub”, - deyə məlumatda bildirilir.

Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, qəzanın baş verdiyi 35 yaşayış məntəqəsində təxminən 49 700 nəfər yaşayır.