Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

24.12.2020 16:01

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə nazir müavini Anar Əliyev bildirib ki, müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti verilib. Ümumilikdə nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.

Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.