Daha bir tibb işçisi koronavirusa qarşı peyvənd vurdurduqdan sonra xəstəxanalıq oldu

Daha bir tibb işçisi koronavirusa qarşı peyvənd vurdurduqdan sonra xəstəxanalıq oldu

25.12.2020 03:30

ABŞ-ın “Pfizer” şirkətinin dərmanı ilə koronavirusa qarşı peyvənd olunan amerikalı tibb işçisinin halı pisləşib.

360 TV kanalının məlumatına görə, o, şiddətli allergik reaksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda səhiyyə işçisinin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Qeyd edək ki, bu “Pfizer” peyvəndindən sonra ilk belə hadisə deyil. Ötən həftə də başqa bir tibb işçisi peyvənd vuurdurduqdaan sonra mətbuat konfransında canlı yayım zamanı huşunu itirmişdi.

Nyu-York Şəhər Sağlamlıq və Psixi Gigiyena Departamenti dərman tətbiq edildikdən sonra xəstələrin reaksiyalarını 15 dəqiqə izlənməsini tövsiyə edib. Allergik reaksiyası olan vətəndaşlarda isə bu göstərici yarım saata qədər uzadılıb.