Deputat: “Sahibkarlığa dövlət büdcəsindən daha çox dəstək ayrılmalıdır”

Deputat: “Sahibkarlığa dövlət büdcəsindən daha çox dəstək ayrılmalıdır”

25.12.2020 12:56

“2021-ci ilin büdcəsi Zəfər büdcəsidir. Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır”.

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik:

“Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”.