Əhalinin banklardakı əmanətlərinin həcmi artıb

Əhalinin banklardakı əmanətlərinin həcmi artıb

25.12.2020 13:36

Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyard 908,2 manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 faiz çoxdur.

Əlavə edək ki, noyabr ayının 1-nə ölkədə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 870,3 milyon manat təşkil edib.

İlin əvvəli ilə müqayisədə isə əmanətlərin həcmi 8,4 faiz azalıb. İlin əvvəlində isə əmanətlərin həcmi 8 milyard 637,9 milyon manat təşkil edib.

Nigar Məmmədova