Əhalinin neçə faizi Vətən müharibəsinin nəticələrindən razı qalıb? - SORĞU

Əhalinin neçə faizi Vətən müharibəsinin nəticələrindən razı qalıb? - SORĞU

22.12.2020 10:50

Vətən müharibəsi əhalinin 88,4 faizinin gözlədiyi kimi nəticələnib.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusunda keçirilən brifinqdə deyib.

27 sentyabrda başlayan Vətən Müharibəsində cəmiyyətin 90 faizindən çoxunun gözləntisi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun tamamilə işğaldan azad olunması ilə bağlı olub. Əhalinin 88,4 faizi gözlənilən nəticənin əldə olunduğunu bildirdiyi halda, respondentlərin 11,6 faizi Vətən müharibəsinin gözlənildiyi kimi yekunlaşmadığını qeyd edib. Bununla bağlı irəli sürülən amil isə ondan ibarətdir ki, işğaldan azad edilmiş bütün torpaqlardan ermənilərin çıxarılması istəyidir. O cümlədən, regiona gələn sülhməramlı qüvvələrlə bağlı da qeyd edilən 11,6 faizin içərisində fərqli düşüncə sahibləri var.

Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.

Nigar Məmmədova